Сделать стартовой Сделать стартовой Добавить в Избранное Добавить в Избранное Обратная связь Обратная связь
Чт, 28.03.2024 בס"ד בס"ד

ГЛАВНАЯ Регистрация Вход
Вы вошли как "Гость"
[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: parviz_babaev  
Форум » Раздел Парвиза Бабаева » Новости От Парвиза » Ancelina Coli azərbaycanlıdır?! EKSKLÜZİV!
Ancelina Coli azərbaycanlıdır?! EKSKLÜZİV!
parviz_babaevДата: Пт, 26.02.2010, 8:26 PM | Сообщение # 1
Подполковник
Группа: Модератор
Сообщений: 247
Репутация: 2
Статус:
отсутствует

Həmyerlimiz ilk müsahibəsini Show.az-a verib.

Dünyanın ən bahalı ulduzlarından biri Ancelina Colidir. Bunu bilməyən yoxdur! Amma maraqlıdır ki, dünya şöhrətli ulduz azərbaycanlı olsun! Özü də kim? Ancelina Coli… Təbii ki, onu ilk dəfə görənlərin hamısı Show.az əməkdaşı kimi təəccüblənir.

Show.az-ın haqqında yazdığı xanım, Ancelina Colinin oxşarı olan azərbaycanlı fotomodeldir! Svetlana İbrahimova 1985-ci ildə Moskvada dünyaya gəlib. Uşaqlıqdan musiqiyə, rəqsə meylli olan həmyerlimiz Moskvada İncəsənət Universitetində təhsil alıb. Təhsil aldığı illərdə Rusiyadakı İtaliya səfirliyi yanında dil mərkəzində ingilis, fransız və italyan dillərini öyrənib. Xobbisi rəssamlıq olan Svetlana dediyinə görə, şəkil çəkdirməyi də sevib. Bu isə onu tamam fərqli bir sahəyə fotomodelliyə aparıb. 17 yaşında fotomodel kimi ilk addımlarını atan qızın bu gün Rusiyanın və Avropanın ən bahalı fotomodeli olacağını heç kim ağlına belə gətirməzdi. Fashion Collection, Beauty, XXL, Make.UP və s. yüzminlərlə tirajlı jurnalların üz qabığını bəzəyən Svetlana hal-hazırda Point Model agentliyinin ən bahalı fotomodelidir. Özünün də dediyi kimi bəxti isə onda gətirib ki, Ancelina Coliyə oxşayır. El arasında çox işlənən “elə bil bir almadır, yarıya bölmüsən” məsəli lap Ancelina ilə Svetlanaya aiddir!

Svetlana adlarını saydığımız populyar jurnallara müsahibələr versə də, bu onun Azərbaycandakı ilk müsahibəsidir! Show.az-ı isə təsadüfən seçməyib: - “Vaxtım az olduğundan həftədə yalnız iki-üç dəfə internetdə oluram. Bakıda yaşayan gürcü dostum mənə Show.az-ı məsləhət gördüyündən xəbərləri yalnız Sizin saytdan oxuyuram. Oxuduqlarımı isə özüm başa düşməyə çalışıram. Show.az-dan yüklədiyim Azərbaycan mahnılarını bütün dostlarıma vermişəm. Hamısının da musiqimizdən çox xoşu gəlir.”

Show.az-a müsahibə verməyindən qürur hissləri keçirdiyini deyən Svetlananın ən böyük arzusu dünya səviyyəli tədbirlərdə Azərbaycanı təmsil etməkdir! Yayda Bakıya gələcəyini deyən həmyerlimiz gələcəkdə Azərbaycanda model agentliyi yaratmaq arzusunu da gizlətməyib. Sonda isə etiraf edib ki, o ilk dəfə Show.az-a azərbaycanlı olduğunu bildirib.

P.S. Ancelina Colinin oxşarı Svetlananın şəkillərinə “ulduzlar alleyası” bölümündə baxın!


http://baku-kino.ucoz.ru/
 
Форум » Раздел Парвиза Бабаева » Новости От Парвиза » Ancelina Coli azərbaycanlıdır?! EKSKLÜZİV!
  • Страница 1 из 1
  • 1
Поиск:

Narod.co.il Top 100 KavkazWeb Gougle.Ru Рейтинг Top on A-Z.az регистрация сайта в каталогах Rambler's Top100 Лучшие СайтыИзраиля Russian America Top. Рейтинг ресурсов Русской Америки.