Müğənni “Eurovision-2010” təmsilçiliyinə namizəd haqqında Baku-Haifa-ya danışıb!
“Eurovision-2010” milli seçimlərinin yarımfinalı ərəfəsində şou-biznes nümayəndələri təmsilçiliyə namizədlər haqqında öz fikirlərini bildirməkdə davam edir.
Show.az xəbər verir ki, Röya milli seçimlərdə iştirak edən müğənnilərdən yalnız birinin – Məryəm Şabanovanın ifasını eşidib və onu dəstəkləyir. Müğənni Show.az-a eksklüziv açıqlamasında Məryəm haqqında bunları deyib: - “Şəxsən mən Məryəm Şabanovanın ifasını eşitmişəm. Həqiqətən fantastik dərəcədə güclü səsi var. O qız dəlidir! Səhnədə ata-ana tanımır! Çox ürəkdən oxuyur. Məryəmin səhnədə komplekssiz olması və güclü səsi olması onun böyük gələcəyindən xəbər verir. İstərdim ki, bizi o təmsil etsin! Əsl “Eurovision” müğənnisidir!”
Röya digər namizədləri tanımadığı üçün onlar haqqında fikir bildirməkdən imtina edib.