Сделать стартовой Сделать стартовой Добавить в Избранное Добавить в Избранное Обратная связь Обратная связь
Чт, 25.04.2024 בס"ד בס"ד

ГЛАВНАЯ Регистрация Вход
Вы вошли как "Гость"
[ Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Модератор форума: parviz_babaev  
Форум » Раздел Парвиза Бабаева » Новости От Парвиза » Nazpəri Dostəliyeva həmkarları ilə mədəni inqilab etdi!
Nazpəri Dostəliyeva həmkarları ilə mədəni inqilab etdi!
parviz_babaevДата: Пт, 22.01.2010, 7:53 PM | Сообщение # 1
Подполковник
Группа: Модератор
Сообщений: 247
Репутация: 2
Статус:
отсутствует


Yerli şou-biznes nümayəndələri səhnədə pirat diskləri sındırıblar.

Xalq artisti Nazpəri Dostəliyevanın yanvarın 15-də Bakı Dövlət Sirkində keçirdiyi “Nazpəri Dostəliyeva ulduzlarla piratlara yox deyir” adlı konsert anşlaqla keçib.

Show.az-ın xəbər verir ki, konsertinin çəkilişi və yayımını Azərbaycan televiziyası (AzTV) həyata keçirib. Tamaşaçılar günorta saatlarından sirkin qapıları önündə konsertin başlanma vaxtını gözləyib.

“Nə olar Allahım, ayırma bizi” mahnısının sədaları altında maraqlı dekorasiya olunan arenada səhnəyə çıxan müğənni konsertdə aparıcılıq missiyasını yerinə yetirib.

Müəllif Hüquqları Dövlət Agentliyinin nümayəndəsi Natiq İsayev və Avropa İttifaqının treninq proqrammı üzrə Azərbaycan nümayəndəsi Kristof Kasias Nazpəri Dostəliyevanı və “STS” prodakşnı həyata keçirdiyi layihəyə görə təbrik edib, gələcəkdə bu layihənin davamında xalq artistinə dəstək verəcəyini bildiriblər.
Əcnəbi nümayəndə bu hadisəni Azərbaycan mədəniyyətində inqilab kimi qiymətləndirib.

Konsertdə xalq artistləri Faiq Ağayev, Flora Kərimova, əməkdar artistlər Tünzalə Ağayeva, Ədalət Şükürov, İlqar Muradov, Sevda Ələkbərzadə, eləcə də Elnarə, Röya, Zamiq, Elnur, Namiq Qaraçuxurlu, Nura, İradə İbrahimova, Nadir Qafarzadə, “Next” qrupu, Samira, Rəhim Rəhimli, Xəyyam Nisanov, Könül Kərimova, Nüşabə Ələsgərli, Baloğlan Əşrəfov, rəqqasə Oksana Rəsulova, Zeynəb Dostəliyeva Rəşad İlyasov, Rövşən Civişov iştirak ediblər.

Əməkdar artist Elza Seyidcahan çıxış etməsə də, konsertin iştirakçısı olub. Xalq artisti və digər ifaçılar ifadan sonra konsertdə pirat diskləri məhv ediblər.

Konsert üç saat davam edib. Anşlaqla keçən konsertdə tamaşaçıların alqışları məmnunluq ifadəsi nümayiş etdirib.

Konsertdə tamaşaçılara piratlarla mübarizəyə qoşulan müğənnilərin toplu diskləri və üz qabığında Nazpəri Dostəliyevanın şəkli olan “Avislə həyat” jurnalı hədiyyə olunub.


http://baku-kino.ucoz.ru/
 
Форум » Раздел Парвиза Бабаева » Новости От Парвиза » Nazpəri Dostəliyeva həmkarları ilə mədəni inqilab etdi!
  • Страница 1 из 1
  • 1
Поиск:

Narod.co.il Top 100 KavkazWeb Gougle.Ru Рейтинг Top on A-Z.az регистрация сайта в каталогах Rambler's Top100 Лучшие СайтыИзраиля Russian America Top. Рейтинг ресурсов Русской Америки.