May ayında Moskvada keçiriləcək "Eurovision2009" mahnı yarışmasında Azərbaycanı Aysel Teymurzadə təmsil edəcəyini artıq hər kəs bilir. O da məlumdur ki, Aysel Teymurzadə əslən azərbaycanlı olan tanınmış müğənni Araşın bəstələdiyi "Həmişə" (Always) mahnısını oxuyacaq. Mahnının nəqaratını isə Aysel Araşla birgə ifa edəcək. Artıq mahnının ingilis dilində ilk tanıtım sinqli yayımlanıb. Biz də həmin parçanı sizlərə təqdim edirik